Kartof küküsü
Asan hazırlanması ilə sevimlinizə çevriləcək dadlı yemək
Directions
Vaxtınızın az olduğu günlərdə və ya vaxtınıza qənaət etmək istədiyiniz zaman doyumlu bir yemək axtarışındasınızsa, reseptimiz sizin bütün istəklərinizi qarşılayacaq. Tez və rahat hazırlanan bu reseptimizi tələbələr də çox bəyənəcək.
Tərkibi
8 ədəd kartof
3 ədəd baş soğan
8 ədəd yumurta
Bitki yağı
Duz
İstiot
Kartofları və soğanları soyun. Soyulmuş kartof və soğanları yuduqdan sonra ət maşınından keçirin.
İkiqat tənzifdən suyunu sıxıb çıxarın. Sonra kütlənin üzərinə yumurta, duz və istiot əlavə edib çalın.
Tavaya yağ tökün və hazırlanmış kütləni onun üstünə əlavə edib bərabər qalınlıqda yayın. Qapağı örtün. Hər iki tərəfi qızarana kimi bişirin.
Əgər siz də bu reseptdən faydalanaraq "Kartof küküsü" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!
Nuş olsun!