0 0

Hazırlayan:
Brioş (Brioche)

Brioş (Brioche)

Cuisine:

Directions

Share

Keksə bənzəyən yüngül, şirin fransız çörəyi – Brioş. Bu reseptdə biz sizə sadə Brioş çörəyi necə hazırlanır izah edəcəyik. İstəyə uyğun olaraq içərisinə quru üzüm, şokolad da əlavə edilərək hazırlana bilər. Bizim reseptdən faydalanaraq “Brioş” çörəyini hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

500 qram un

8.5 qram quru maya

7 ədəd yumurta

80 qram şəkər tozu

250 qram kərə yağı

1 çimdik duz

1 çimdik vanil

(Visited 1. 357 times, 1 visits today)
Step 1
Mark as Complete

Unu duz, şəkər tozu, vanil və quru maya ilə qarışdırırıq.
Buraya 6 ədəd yumurtanı qırıb əlavə edirik. 10-13 dəqiqə yoğurun. Xəmir tam elastik olmalıdır və qabın kənarlarına yapışmamalıdır.
Soyuq kərə yağını kub formasında kəsib xəmirə əlavə edin. 10 dəqiqə yenidən yoğurun. Daha sonra strec plyonkayla örtüb 45 dəqiqə isti yerdə saxlayın.

Step 2
Mark as Complete

Daha sonra xəmiri kənarlarını ortasına yığaraq yenidən yoğurun. Gecədən səhərə kimi xəmiri soyuducada saxlayın. Ya da 1-2 saat dondurucuda saxlaya bilərsiniz.

Step 3
Mark as Complete

Hazır olan xəmirdən diametri 5 sm olan toplar hazırlayırıq. Perqament kağızının üzərinə sırayla düzün və isti yerdə 60 dəqiqə gözlədin.

Step 4
Mark as Complete

Qalan 1 ədəd yumurtanı qırın və hamısının üstünə yağlayın. İstəyə uyğun olaraq üstünə küncüt də tökə bilərsiniz.
170C-də 10 dəqiqə bişirin.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Limonlu keks resepti
next
Özbək aşı
  • 1. 357 Views
  • 10 dəq
  • Hard
  • 170 C.

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Limonlu keks resepti
next
Özbək aşı

Add Your Comment

×