Fransızsayağı ət
Fransızsayağı ət üçün resept.
Directions
Fransızsayağı ət üçün resept.
Ərzaqlar
500 qram ət
500 qram kartof
150 qram holland pendiri
3-4 ədəd pomidor
2 ədəd soğan
100-200 mayonez (istəyə görə az və ya çox da ola bilər)
2-3 diş sarımsaq
Duru və ya zeytun yağı (istəyə uyğun)
Duz
İstiot
Göyərti (istəyə uyğun)
Əti normal ölçüdə parçalara ayırın və döyün. Əti döydükdən sonra sousu hazırlayın. Sous üçün mayonezi, əzilmiş sarımsaqla və doğranmış göyərti ilə qarışdırın.
Kartofları, pomidorları və soğanları halqa formasında nazik doğrayın.Kartofu yağlayın, duzlayın və istiotlayın.Yeməyinizi bişirəciyiniz qabın içərisini yağla yağlayın. Birinci kartofları düzün. Üzərinə sous əlavə edin. Əgər qabınız böyükdürsə, kartofdan yalnız 1 ci qatda istifadə edəcəksiniz. Qabınız kiçik olarsa, növbəti qatlarda da yenidən istifadə edə bilərsiniz.
Kartofun üzərinə doğradığınız soğanların yarısını tökün.Soğanların üzərindən döyülmüş əti düzün və sous əlavə edin.Sobada 200-210 dərəcədə 30-40 dəqiqə bişirin.Ən sonda üzərinə holland pendirini əlavə edib 10-15 dəqiqə yenə bişirin.