Kartoflu varenik
Directions
Dadlı kartoflu varenik üçün resept
Ərzaqlar
690 qram un
250 ml su
60 qram yumurta
100 qram qaynadılmış kartof
350 qram şampinyon göbələyi
250 qram soğan
105 qram süd
50 qram kərə yağı
Duz
İstiot
Necə hazırlanır?
İçin hazırlanması.
1. Kartofu bişirin, püre halına gətirin.
2. Göbələyi qovurun.
3. Ərimiş yağı, südü, xırda doğranmış soğanı, göbələyi püreye əlavə edib qarışdırın.
Xəmirin hazırlanması. Unu, yumurtanı və suyu bir qaba töküb yaxşı yoğurun. Yoğurduqdan sonra üstünü örtün, 2-3 saat saxlayın. Hazır olan xəmirdən yumru kündələr hazırlayıb, yayın.
Yumru bir qabın köməyi ilə yayılmış xəmirdən yumru parcalar ayırın (şəkildəki kimi)
Yumru xəmirin ortasına içliyi qoyub, bükün.Hazır olan varenikləri 10 dəqiqə qaynadın.Süfrəyə təqdim edərkən üstünə biraz kərə yağı və xama əlavə edin.