0 0

Hazırlayan:
Kələmli peraşki

Kələmli peraşki

Cuisine:

Directions

Share

Uşaqdan böyüyə hər kəsin sevdiyi – Peraşki. Yəqin ki, sadə, kartoflu peraşkiləri indiyə kimi hər yerdə görmüsünüzü və dadına yaxşı bələdsiniz. Bəs kələmli peraşki necə? Bu gün sizlər üçün bir yenilik edib, Kələmli peraşki hazırladıq. 

Tərkibi 

2 stəkan isti süd (qaynar yox)

100 ml duru yağ

2 ədəd yumurta

6-7 stəkan un (1 stəkan az və ya çox istifadə oluna bilər)

2 ç/q quru maya

1/2 ç/q duz

2 x/q şəkər tozu

2 x/q qatı xama

 

İçlik

1 ədəd orta ölçülü kələm

2 ədəd böyük soğan

3 ədəd yerkökü

5 ədəd yumurta

2 x/q kərə yağı

(Visited 1. 770 times, 1 visits today)
Step 1
Mark as Complete

    Birinci xəmirimiz üçün lazım olan ərzaqlarımızı hazırlayaq.

    Step 2
    Mark as Complete

      Birinci xəmirimizi hazırlayaq. İlk əvvəl qaba 2 çay qaşığı maya, 1 stəkan isti süd və 1 xörək qaşığı şəkər tozu əlavə edib maya həll olunana kimi qarışdırırıq. Daha sonra mayanın özünə gələ bilməsi üçün 10-15 dəqiqə gözləyirik.

      Step 3
      Mark as Complete

        Daha sonra 1/2 çay qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 2 ədəd yumurta, 2 xörək qaşığı xama və 100 ml duru yağ əlavə edib qarışdırırıq. Bütün ərzaqlar tam həll olunana kimi qarışdırırıq.

        Step 4
        Mark as Complete

          Bu qarışıma un əlavə edib, yoğurmağa başlayırıq. Təxminən 7-8 dəqiqə yoğurun. Xəmir şəkildəki kimi yumşaq alınmalıdır. Xəmirimizin gəlməsi üçün 1.5-2 saat gözləyirik. (İkinci şəkil xəmirin gəlmiş formasıdır. )

          Step 5
          Mark as Complete

            Xəmirimiz hazır olana kimi içliyi hazırlayaq. İçlik üçün lazım olan ərzaqlarımızı yuyuruq, təmizləyirik. Yer kökü, kələm, soğan və yumurtanı doğrayırıq.

            Step 6
            Mark as Complete

              Tavaya kərə yağ qoyuruq (təxminən 2 xörək qaşığı) . İlk öncə soğanı 1-2 dəqiqə bişiririk. Daha sonra yerkökünü əlavə edirik. Kələmi isə daha sonra əlavə edəcəyik. Çünki kələm yerkökünə nisbətən daha tez bişir. Ona görə də birinci yer kökünü biraz soğanda bişirək.
              Kələmi əlavə etdikdən sonra yaxşı qarışıdırırıq və biraz da bişməsini gözləyirik. Hazır olunmuş qarışıma kvadrat formasında doğranmış yumurtanı, duz və istiot əlavə edib 1 dəqiqə bişiririk. İçliyimiz hazırdır.

              Step 7
              Mark as Complete

                Xəmirimiz və içliyimiz hazır olduqdan sonra növbə gəldi peraşkilərimizi hazırlamağa. Xəmirdən çəkisi 30 qram olan kündələr hazırlayırıq. (Şəkildəki kimi.)

                Step 8
                Mark as Complete

                  Təcrübəli xanımlarımız peraşkini necə bükəcəklərini əla bilirlər. Biz gənc qızlarımız üçün bükmə qaydasını izah etmək istədik. Aşağıdakı şəkildəki kimi ardıcıllıqla edə bilərsiniz. Peraşkini bükərkən əlinizi və bükdüyünüz masanının üstünü duru yağla yağlayın. Bu xəmirin yapışmaması üçün vacibdir.

                  Step 9
                  Mark as Complete

                    Bükdüyümüz peraşkilər bol duru yağda bişiririk. (Şəkildəki kimi)

                    Step 10
                    Mark as Complete

                      Peraşkilərimiz hazırdır.

                      Hər hansı sualınız yaranarsa, şərh olaraq bizə yaza bilərsiniz. Bu reseptdən faydalandınızsa, peraşkilərinizin şəklini səbrsizliklə gözləyirik.

                      Nuş olsun!

                      Recipe Reviews

                      Average Rating:
                      (5)
                      Total Reviews: 1
                      Elnur

                      olurem kelemli sheylerden otru

                      previous
                      Fıstıq yağı
                      next
                      Noxud Salatı
                      • 1. 770 Views
                      • Medium
                      • (1)

                      Share it on your social network:

                      Or you can just copy and share this url

                      Bookmark this recipe

                      You need to login or register to bookmark/favorite this content.

                      previous
                      Fıstıq yağı
                      next
                      Noxud Salatı

                      Add Your Comment

                      ×