Moruq (malina) mürəbbəsi resepti
Directions
Çayın yanında təqdim oluna biləcək ən gözəl təamlardan biri mürəbbədir. Milli mətbəximiz bu mövzuda çox zəngindir. Əksər meyvələrin və giləmeyvələrin mürəbbələrini hazırlamaq mümkündür. Bu reseptimizdə qışın ən sevimli mürəbbəsinin reseptini sizə təqdim edəcəyik. Bizim reseptdən faydalanaraq “Moruq mürəbbəsi” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Ərzaqlar
1 kq moruq
1 kq şəkər tozu
Birinci moruqları təmizləyib, təmiz yuyuruq. Daha sonra moruqları bişirəcəyimiz böyük qaba töküb üzərinə şəkər tozunu əlavə edirik. Moruq tam suyunu buraxana qədər gözləyirik.
Hazır olan moruğu sobanın üstünə qoyub qaynamağa başlayana qədər bişiririk, təxminən 10 dəqiqə. Daha sonra sobanı söndürüb, kənara qoyuruq. Moruq mürəbbəsi soyuyandan sonra bankalara yığırıq.
Nuş olsun! :)