0 0

Hazırlayan:
Pendirli toyuq kotleti

Pendirli toyuq kotleti

Cuisine:

Dadı qədər olmasa da yaradılış tarixcəsi də maraqlıdır.

Directions

Share

Toyuq kotletinin yaradılışı ilə bağlı olaraq fərqli əfsanələr mövcuddur. Bir əfsanəyə görə rus çarı şəhərlərdən birində səfərdə olarkən səhər yeməyinə dana ətindən kotlet sifariş edir. Dana ətinin qalmadığını görən aşpaz həyat yoldaşının məsləhəti ilə toyuq kotleti hazırlayıb, çara təqdim edir. Kotleti çox bəyənən çar onu bişirəni yanına çağırtdırır. Aşpaz yalanının üstünün açıldığını düşünür və diz çöküb çara yalvarır. Bu ideyanın onun xanımına məxsus olduğunu deyir. Çar yaxşı mənada təəcüblənir. Bu yeməyin çarın menyusuna “Пожарские котлеты” adıyla əlavə olunmasını və aşpazla həyat yoldaşının mükafatlandırılmasını əmr edir! 

Tərkibi

450 qr toyuğun döş əti

230 qr çörək

110 qr mozzarella pendiri

1/2 stəkan süd

6 x/q kərə yağı

1 x/q duru yağ

1/2 stəkan suxari

1 dənə sarımsaq

1/2 çay qaşığı duz

1 çimdik istiot

(Visited 1. 740 times, 1 visits today)
Step 1
Mark as Complete

Çörəkləri orta ölçülü bir qaba qoyun və üzərinə süd əlavə edin.

Step 2
Mark as Complete

Toyuğun döş ətini və südlə yumşalmış çörəkləri ət maşınından çəkin. Kotletinizin daha yumşaq olmasını istəyirsinizsə, çəkdiyiniz toyuq ətini ikinci dəfə ət çəkən maşından çəkə bilərsiniz.

Step 3
Mark as Complete

Hazır olan qarışımı bir qaba qoyub üzərinə duz, istiot əlavə edin. Sarımsağı əzib çəkilmiş toyuq ətinə əlavə edib qarışdırın.

Step 4
Mark as Complete

Kotletlərimizi formalaşdırmağa başlayaq. Çəkilmiş toyuq əti yapışqan olduğu üçün yanınıza qabda soyuq su qoyun. Formalaşdırarkən əlinizi soyuq suya vurun ki, ət əlinizə yapışmasın və istədiyiniz formanı asanlıqla ala biləsiniz.

Step 5
Mark as Complete

Kotleti yumrulaşdırırn. Ortasına Mozzarella pendirini qoyun. Ehtiyatla bükün. Elə edin ki, pendir kotletin ortasında qalsın.

Step 6
Mark as Complete

Daha sonra kotleti suxarinin içində fırladın. Hər iki tərəfinin yaxşıca suxariyə bulandığına diqqət edin.

Step 7
Mark as Complete

Tavaya kərə yağını əlavə edib, əriməsini gözləyin. Yağın rənginin tez qaralmasını istəmirsinizsə, ora biraz da duru yağ əlavə edin. Kotletin hər iki tərəfini 3 dəq bişirin.

Step 8
Mark as Complete

Hazır olan kotletləri bir qaba yığıb sobaya qoyun və 15 dəqiqə saxlayın. Kotletləri yığdığınız qabın ağzını örtməyin. Hazır olan kotletləri süfrəyə, püre, kartof qızartması və ya hər hansısa bir salatla təqdim edə bilərsiniz.

Əgər siz də bu reseptdən faydalanaraq "Pendirli toyuq kotleti" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Fransız şirniyyatı – Makaron
next
Göbələk supu
  • 1. 740 Views
  • 30 dəq.
  • Serves 5
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Fransız şirniyyatı – Makaron
next
Göbələk supu

Add Your Comment

×