Qarpız mürəbbəsi
Directions
Qarpız mürəbbəsi üçün resept
Ərzaqlar
3 litrlik banka üçün
1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mixək
Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.