Naan (Hindistan çörəyi)
Bizim tərkibə uyğun etsəniz, sizdə 6 ədəd Naan alınacaq.
Directions
Mətbəx, dünyanın hər yerindən gələn qonaqları salamlaya və hazırladığınız təamlarla öz qonaqlarınızı valeh edə biləcək bir yerdir. Qapının içərisində fərqli dadlar, mədəniyyətlər, ərzaqlar, reseptlər daxil ola bilər. Bu dəfə Hindistanı mətbəximizdə salamlayırıq. Hər yeməyin yanında servis edilən və qurudulan çörək və yaxud lavaş ilə görüşəcəyik. Naan!
Tərkibi:
1 stəkan ilıq su
1 yumurta
3 xörək qaşığı süd
1 xörək qaşığı duru yağ
3 xörək qaşığı kərə yağı
3 stəkan un
0.5 çay qaşığı aktiv quru maya
3 xörək qaşığı şəkər tozu
duz
Xəmiri adi qaydada yogururuq. (Bildiyiniz adi peraşki xəmiri kimi- bilmirsinizsə, saytda- https://www.sufremiz.az/reseptler/kelemli-peraski/ daxil olub tanış ola bilərsiniz.) Xəmir üçün daha böyük bir qaba ehtiyacınız olacaq, çünki bir neçə saatdan sonra xəmir iki dəfə böyük olacaq.
Bir neçə saat nəmli dəsmal ilə örtülmüş qab içərisində xəmirimiz qalxdıqdan sonra xəmirimiz hazırdır. Nəyin üstündə edəcəyiksə unluyuruq və xəmiri 6 bərabər hissəyə bölürük.
Böldüyümüz hissələri bir-bir əlimizə alırıq və kündələrə çeviririk, sonra şəkildə də gördüyünüz qalınlıqda oval şəklində yayırıq.
Orta istilik üzərindəki tavaya yaydığımız xəmiri qoyuruq. Təxminən 3 dəqiqə sonra bu baloncukları görəcəksiniz və bilməlisiniz ki, çörəyi çevirmək və 2 dəqiqə bişirmək zamanı gəldi.
Çörəklər qızılı və ləkələrə qızarmalıdır. İstəyinizə uyğun olaraq elə tavadaca çörəyin üzərinə doğranmış təzə cəfəri əlavə edə bilərsiniz. Çıxardıqdan sonra isə əridilmiş kərə yağı ilə fırçalayın. Bu düşündüyünüzdən daha asandır!
Nuş olsun!