0 0

Hazırlayan:
Naan (Hindistan çörəyi)

Naan (Hindistan çörəyi)

Bizim tərkibə uyğun etsəniz, sizdə 6 ədəd Naan alınacaq.

Directions

Share

Mətbəx, dünyanın hər yerindən gələn qonaqları salamlaya və hazırladığınız təamlarla öz qonaqlarınızı valeh edə biləcək bir yerdir.  Qapının içərisində fərqli dadlar, mədəniyyətlər, ərzaqlar, reseptlər daxil ola bilər. Bu dəfə Hindistanı mətbəximizdə salamlayırıq. Hər yeməyin yanında servis edilən və qurudulan çörək və yaxud lavaş ilə görüşəcəyik. Naan!

Tərkibi:

1 stəkan ilıq su

1 yumurta

3 xörək qaşığı süd

1 xörək qaşığı duru yağ

3 xörək qaşığı kərə yağı

3 stəkan un

0.5  çay qaşığı aktiv quru maya

3 xörək qaşığı şəkər tozu

duz

 

 

(Visited 908 times, 1 visits today)
Step 1
Mark as Complete

Xəmiri adi qaydada yogururuq. (Bildiyiniz adi peraşki xəmiri kimi- bilmirsinizsə, saytda- https://www.sufremiz.az/reseptler/kelemli-peraski/ daxil olub tanış ola bilərsiniz.) Xəmir üçün daha böyük bir qaba ehtiyacınız olacaq, çünki bir neçə saatdan sonra xəmir iki dəfə böyük olacaq.

Step 2
Mark as Complete

Bir neçə saat nəmli dəsmal ilə örtülmüş qab içərisində xəmirimiz qalxdıqdan sonra xəmirimiz hazırdır. Nəyin üstündə edəcəyiksə unluyuruq və xəmiri 6 bərabər hissəyə bölürük.

Step 3
Mark as Complete

Böldüyümüz hissələri bir-bir əlimizə alırıq və kündələrə çeviririk, sonra şəkildə də gördüyünüz qalınlıqda oval şəklində yayırıq.

Step 4
Mark as Complete

Orta istilik üzərindəki tavaya yaydığımız xəmiri qoyuruq. Təxminən 3 dəqiqə sonra bu baloncukları görəcəksiniz və bilməlisiniz ki, çörəyi çevirmək və 2 dəqiqə bişirmək zamanı gəldi.

Step 5
Mark as Complete

Çörəklər qızılı və ləkələrə qızarmalıdır. İstəyinizə uyğun olaraq elə tavadaca çörəyin üzərinə doğranmış təzə cəfəri əlavə edə bilərsiniz. Çıxardıqdan sonra isə əridilmiş kərə yağı ilə fırçalayın. Bu düşündüyünüzdən daha asandır!

Nuş olsun!

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Uşaqlar üçün balıqlı kotlet
next
Yeni il bəzəkləri ilə peçenye
  • 908 Views
  • 30 dəqiqə
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Uşaqlar üçün balıqlı kotlet
next
Yeni il bəzəkləri ilə peçenye

Add Your Comment

×