Acika resepti
Directions
Acika resepti bilirsiz?
Qışa hazırlaşan xanımlarımız bilir ki, acikasız qışda yeməklərin ləzzəti olmur. Acika elə bir yemək növüdür ki, müxtəlif hazırlanma qaydaları var. Biz də sizinlə özümüzün sınaqdan keçirdiyimiz Acika reseptini paylaşmaq istəyirik. Bizim reseptdən faydalanaraq “Acika” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Acika reseptinin tərkibi
2 kq pomidor
5 kq qırmızı bibər
2 ədəd acı bibər
150 qram 2 baş sarımsaq
1 dəstə cəfəri
200 qram duru yağ
2 x/q şəkər tozu
Duz
İlk öncə bütün ərzaqlarımızı təmizləyib yuyuruq. Ərzaqları ət çəkən maşından çəkəcəyimiz üçün onları xırda hissələrə ayırırıq. Pomidorları ət çəkən maşından keçirtdikdən sonra onu yenidən sürtgəcdən əlinizlə keçirin. Bu pomidorun çəyirdəklərini seçmək üçündür. Daha sonra çəkilmiş pomidoru, bibəri və sarımsağı bir qazana tökürük. Buraya duru yağı, şəkər tozunu, çəkilmiş acı bibəri, duzu əlavə edib sobanın üzərinə qoyuruq. 1 saat bişdikdən sonra xırda-xırda doğranmış cəfərini əlavə edib 15 dəqiqə yenə bişiririk.
Bankaları sterilizə etdikdən sonra acikanı isti-isti bankalara yığıb ağzını bağlayırıq.
Nuş olsun! :)