Ləzzətli kartof kotleti
Directions
Asan hazırlanan, yumşaq, doyumlu yeni yemək reseptimiz hazırdır. Evdə olan ərzaqlarla axşam yeməyinə hazırlaya biləcəyiniz – Kartof kotleti. Bu yeməyi uşaqlarınızın da sevəcəyinə əminik. Bizim reseptdən faydalanaraq “Kartof kotleti” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.
Tərkibi
İçlik üçün
2 x/q zeytun yağı
1 ədəd soğan
250 qr qiymə ət
1 ədəd yerkökü
Duz
Qara istiot
Cəfəri
Kartof püresi üçün
1 kq bişmiş kartof
1 ədəd yumurta
1 ç/q duz
1 stəkan un
Üstü üçün
Yumurta
Çörək suxarisi
Yeməyin videolu izahı üçün buraya basın.
Birinci içliyi hazırlayaq. Soğanı xırda-xırda doğrayırıq. Doğradıqdan sonra yağda biraz qarışdırırıq. Daha sonra buraya qiymə əti əlavə ediririk. Ətin rəngi dəyişdikdən sonra rəndədən keçirilmiş yerkökünü buraya əlavə edib bişirməyə davam edirik. Ən sonda duzu, istiotu və doğranmış cəfərini əlavə edib qarışdırırıq. Sobanı söndürürük.
Bişmiş kartoflarımızı püre halına gətiririk. Daha sonra buraya duzu, yumurtanı və unu əlavə edib yaxşıca qarışdırırıq.
hazır olan püremizdən kotletlər hazırlamaq üçün sizi yeni bir üsulla tanış etmək istəyirik. Strec plyonkadan biraz kəsirik. Buraya bir qaşıq püremizdən əlavə edirik. Yapışmaması üçün biraz un əlavə edə bilərsiniz. Əlinizlə üstündən sıxaraq dairə formasında açın. Bu dairənin ortasına hazırladığımız içlikdən bir miqdar qoyun. Daha sonra strec plyonkanın hər tərəfini qaldırın və birləşdirin. Püremizi top halına salın. Sonra strec plyonkanı açıb hazırladığınız topun ehtiyatla ortasından basaraq onu kotlet formasına salırıq.
@sufremiz.az instagram səhifəmizdə kotletin hazırlanmasının videolu izahını görə bilərsiniz.
Hazırladığımız kotletləri birinci yumurtaya sonra isə çörək suxarisinə batırıb yağda qızardırırıq. Kotletleri ehtiyatla çevirməyi unutmayın. Yeməyimiz hazırdır.
Nuş olsun! :)