Hazırlayan: Elnur
Ağ gilas mürəbbəsi
Directions
Ağ gilas mürəbbəsi üçün resept
Ərzaqlar
1 kq gilas
1.2 kq şəkər tozu
0.5 çay qaşığı limon turşusu
0,5 ç.q. vanil
Necə hazırlanır?
1. Ağ gilasların tumlarını və saplaqlarını təmizləyib, yuyun.
2. Üzərinə şəkər tozunu tökün və 3-5 saat saxlayın.
3. Zəif od üzərində hər dəfə 6-8 dəqiqə olmaqla qaynadın, sonra kənara qoyun.
4. Soyuduqdan sonra (təxminən 5-6 saat sonra) yenidən qaynadılır və bu proses 3 dəfə təkrarlanır.
5. Tam hazır olmamışdan 5 dəqiqə əvvəl vanilin və limon turşusu tökməyi unutmayın.
(Visited 2. 774 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review