Küftəbozbaş
Directions
Milli mətbəxin dadlı təamlarından biri olan Küftəbozbaş üçün resept
6 nəfər üçün nəzərdə tutulmuşdur.
Hazırlanma müddəti 40 dəqiqə
Ərzaqlar
1 litr qoyun əti bulyonu
600 qram qoyun əti
bitki yağı
1/2 stəkan düyü
120 qram təzə alça (və ya 40 qram quru alça)
1/2 stəkan noxud
5 ədəd kartof
3 ədəd baş soğan
Zəfəran və ya sarıkök
Duz
İstiot
Necə hazırlanır?
1. Qoyun ətinin yumşaq hissəsini baş soğanla birlikdə ətçəkən maşından keçirin.
2. Qiyməyə düyü, istiot, duz qatıb yaxşı qarışdırın. Küftəni yumrulayın və hər küftənin içərisinə 1-2 ədəd alça qoyun.
3. Paralel olaraq noxudu bulyonda bişirin və soğança hazırlayın.
4. Noxudlu bulyona küftələr, dilimlənmiş kartof və soğançanı əlavə edib bişirin.
5. Xörəyə duz, istiot və zəfəran (və ya sarıkök) vurun.
Tövsiyə: Süfrəyə veriləndə üzərinə quru nanə və ya keşniş səpin. Bəzən küftəbozbaşa tikə ət də qatılır.