0 0

Hazırlayan:
Kəlləpaça (başayaq, xaş)

Kəlləpaça (başayaq, xaş)

Directions

Share

Milli mətbəxin əvəzolunmaz yeməklərindən biri olan Kəlləpaça (başayaq, xaş) resepti

Ərzaqlar
6 nəfər üçün nəzərdə tutulmuşdur.
Hazırlanma müddəti 6 saat.

1 ədəd qoyun başı
qoyun ayaqları
qoyun qarnı
3 ədəd baş soğan
1 ədəd sarımsaq
sirkə (zövqə görə)
duz (zövqə görə)

Necə hazırlanır?
1. Qoyun başını, ayaqlarını kürədə yaxud qaz odu üstündə ütməklə bıçaqla qaşıyıb təmizləyin. Dırnaqlarını çıxarın və iki yerə parçalayın.
2. Qoyun qarnını qaynar suda pörtməklə təmizləyin.
3. Kəllə sümüyünü yararaq beynini çıxarın, dilini dibindən kəsib götürün, kəllənin hər yarısını 3-4 hissəyə bölün.
4. Təmizlənmiş və yuyulmuş qarnı suda pörtün, iç tərəfini bıçaqla qaşıyıb xırda tikələrə doğrayın.
5. Başayağı, qarnı yaxşı yuyub qazana yığın və üzərinə soyuq su tökün, zəif odda 6-7 saat bişirin. 3-4 saatdan sonra ehtiyac olarsa, arabir su əlavə edin.
6. Qaynayanadək kəfini kəfkirlə tez-tez yığın.
7. Axıra yaxın qazana 1-2 xırda baş soğan, azacıq duz atılır.

Tövsiyə: Kəlləpaça (başayaq, xaş) bişəndən sonra baş və ayaq sümükləri çıxarıb atın. Adətən dərin kasalara süzülüb qaynar halda süfrəyə verilir. Xörəyin yanına döyülmüş sarımsaq, sirkə və duz qoyurlar. Bu xörək adətən səhərlər yeyilir.

Nuş olsun!

 

(Visited 1. 651 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Şəki pitisi
next
İsveç salatı
  • 1. 651 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Şəki pitisi
next
İsveç salatı

Add Your Comment

×