Lahmacun resepti
Lahmacunu kim sevmir? Bəs evdə lahmacun etmək istəyən var? Evdə asanlıqla edə biləcəyiniz lahmacun resepti ...
Directions
lahmacun resepti
Tərkibi:
Xəmir üçün:
4 stəkan un (ələkdən keçirilmiş)
1 xörək qaşığı maya
2 stəkan ilıq su
1 xörək qaşığı duru yağ
1 çay qaşığı şəkər tozu
1 çay qaşığı duz
İçlik üçün:
350 qr qıyma (farş)
2 ədəd pomidor
2 ədəd soğan
2 xörək qaşığı tomat
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı istiot
1 xörək qaşığı sirkə
½ dəstə cəfəri
4 stəkan una 1 çay qaşığı duz və 1 çay qaşığı şəkər əlavə edərək, 2 stəkan suyu yavaş yavaş töküb, xəmir hərtərəfli hamarlaşana qədər 4-5 dəqiqə yaxşı yoğurun. Sonra xəmiri kündələrə ayırın, nəmli bir parça ilə örtün. Xəmiri təxmini 1 saatlıq kənara qoyuruq.
Mətbəx prosessorunun içinə pomidor və soganları əlavə edin ( rəndədən də keçirmək olar ), pürə halına gəlməsin, ancaq diri diri də qalmamasına diqqət edin. Bu qarışımı qiymaya əlavə edib üzərinə xırda xırda doğranmış cəfəri tökün. Sirkəni isə yumşaqlıq versin deyə həm də alınma lahmacunlara bənzəsin deyə əlavə edirik. İçliyiniz hazırdı.
Kündələri növbə ilə çox nazik dairə əldə edənədək oxlovla açırıq. Üstünə içliyi yayırıq. Lahmacunu öncədən isinmiş sobada ət bişənədək, təxminən 7-10 dəqiqəyə bişir və hazırdır.