Şəki pitisi
Directions
Şimal regionunun ən dadlı yeməklərindən olan Şəki pitisi resepti
Ərzaqlar
6 nəfər üçün nəzərdə tutulmuşdur.
Hazırlanma müddəti 6 saat 20 dəqiqə
1 kq sümüksüz qoyun əti
1/2 stəkan noxud
100 qram quyruq
1 ədəd baş soğan
12 ədəd şabalıd
12 ədəd quru gavalı
Zəfəran
Sumaq
Duz
İstiot
Necə hazırlanır?
1. Noxudu 4-5 saat soyuq suda saxlayın.
2. 6 balaca potunun hər birinə noxud, doğranmış ət, iri soğan dilimləri, quyruq və zəfəran doldurun. Su əlavə edin.
3. Zəif odun üzərinə çuğun tava qoyun. Üzərinə potuları düzün. 6 saat bişirin. Nəzarət edin ki, tava isti qalsın, amma qızmar olmasın.
4. Şabalıdı qaynadıb təmizləyin və pitinin hazır olmasına 30 dəqiqə qalmış əlavə edin.
Tövsiyə: Payız vaxtı hər paya heyva qatılır. Pitinin yanında sumaq, təmizlənmiş baş soğan və göyərti verilir.
Nuş olsun!