Toyuqlu Bulqur plovu
Directions
Dadlı toyuqlu bulqur plovu üçün resept.
Ərzaqlar
1 baş soğan
1 ədəd toyuğun döş əti
5-6 qaşıq kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı qırmızı bibər pastası (zəruri deyil)
3 stəkan iri bulqur (plovluq bulqur)
Duz
İstiot
Necə hazırlanır?
1. Soğanı xırda-xırda doğrayın. Toyuq ətini kvadrat formada doğrayın.
2. Orta ölçülü qazanda kərə yağını əridin. Soğanı bu yağda yumuşalanadək bişirin. Sonra toyuq ətini əlavə edib, toyuq və soğan bir az qızaranadək bişirin.
3. Tomatları əlavə edib, bir dəqiqə ərzində bişirin.
4. Bulquru əlavə edib, yarım dəqiqə tez-tez qarışdırın. Zövqə görə duz-istiot vurun.
5. Qazana isti su (toyuq bulyonu da olar) əlavə edin – su iki barmaq qədər bulqurun üstünü örtməlidir. Qazanın qapağını qoyub, bulquru orta odda suyu çəkilənədək bişirin. Arada qarışdıra bilərsiniz ki, dibi yapışmasın.
6. Hazır plovu kənara çəkib, qapağın arasına çay dəsmalı və ya kağız dəsmal qoyun ki, plov təxminən 10 dəqiqə dəmlənsin.
Nuş olsun!