Hazırlayan: Elnur
Vişnə mürəbbəsi (albalı)
Directions
Yay hazırlıqlarına bizim mürəbbə reseptləri ilə başlayın. Vişnə (albalı) mürəbbəsi üçün resept.
Ərzaqlar
1 kq vişnə (albalı)
1 kq şəkər tozu
180 ml su
Necə hazırlanır?
1. Vişnələri yuyun.
2. Bir qazan götürün. Oraya suyu və şəkər tozunu əlavə edib, orta temperaturda şəkər tozu həll olunana kimi gözləyin.
3. Vişnələri hazır olan siropun içinə tökün və qaynadın. Qaynadıqdan sonra 5 dəqqiqə gözlədin.
4. Daha sonra qazanı kənara qoyun, tam soyuyana kimi gözləyin.
5. Sonra yenə ocağın üstünə qoyub, qaynadın. 5 dəqiqə bişirdikdən sonra kənara qoyun soyusun.
6. Bu prossesi 3-cü dəfə də təkrarlayın.
7. Hazır olan mürəbbənizi sterilize olunmuş bankalara yığıb, qapaqlarını bağlayın.
Nuş olsun!
(Visited 4. 599 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review