0 0

Hazırlayan:
Ərik mürəbbəsi

Ərik mürəbbəsi

Directions

Share

Ərik mürəbbəsi üçün resept

Ərzaqlar
1 kq ərik
1 kq şəkər tozu
1 stəkan su
1 çay qaşığı çay sodası
Limon duzu (bir çimdik)

Necə hazırlanır?
1. Şəkər tozu ilə suyu qarışdırıb odun üzərinə qoyun.
2. Ərikləri təmizləyin və qabığını soyun. Onu asanlıqla etmək üçün ərikləri 1-2 dəqiqə qaynar suda saxlayın, sonra çox rahatlıqla qabıqlarını soymaq olacaq. Sonra ərikləri ortadan bölün, tumlarını çıxarın.
3. 1 litr suya 1 çay qaşığı soda töküb qarışdırın və əriklərin üzərinə gəzdirin. 5 dəqiqə saxladıqdan sonra ərikləri yuyun və dəsmal üzərinə sərin ki, qurusun.
4. Meyvələri qaynayan şərbətin içinə tökün. Qaynara düşən kimi mürəbbəni kənara qoyun, soyuduqdan sonra yenidən odun üzərinə qoyun. Bu prosesi bir neçə dəfə – mürəbbə tam hazır olana kimi edin.
5. Əriklərin rənginin açıq qızıla rəngə çalması və şirənin qatılaşıb qaşıqdan axması mürəbbənin hazır olduğunun əlamətidir.
6. Sonda mürəbbə qıcqırmasın və ya xarlanmasın deyə azca limon duzu qatın.

Nuş olsun!

(Visited 715 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ağ gilas mürəbbəsi
next
Kartoflu varenik
  • 715 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ağ gilas mürəbbəsi
next
Kartoflu varenik

Add Your Comment

×