Hazırlayan: Vusala Valiyeva
Su börəyi
Cuisine:
Börəyin daha dadlı olması üçün duru yağı və yumurtanı bol edin.
Directions
Zaman keçdikcə insan həyatı, tələbatları dəyişir. Buna görə də artıq yemək reseptləri günümüzə uyğun daha praktik yazılır. Əslində çətin olduğunu düşündüyünüz, amma, evdə qısa zamanda hazırlaya biləcəyiniz Su börəyi də bu yemək reseptlərindən biridir.
Tərkibi
3 ədəd yumurta
2 x/q duru yağ
1/2 su stəkanı süd
400 q ağ pendir
1/2 dəstə cəfəri
5 ədəd yuxa
Duz
Hazırlanma qaydası
- Ağ pendir və doğranmış cəfərini birlikdə qarışdırın.
- Bir qabın içində yumurtanı çalın. Daha sonra oraya duzu, duru yağı və südü əlavə edib qarışdırmağa davam edin.
- Sobanın yumru formalı qabının içini yağlayın. 1 ədəd yuxanı qabın içinə sərin. Yuxanın qabın kənarlarından kənara çıxmasına diqqət edin.
- Yerdə qalan 4 ədəd yuxanı 4 yerə bölün. Yumurta, süd və yağdan hazırladığınız qarışımın içinə salın. Hər tərəfinin yaxşı bulanmasına diqqət edin.
- Buladığınız yuxaların bir hissəsini qabın içinə düzün.
- Pendir və cəfəridən hazırladığınız qarışımı bu qata tamamilə tökün.
- Yerdə qalan yuxaları üzərini yaxşı örtənə qədər düzün. Daha sonra 1-ci qarın kənarlara çıxan hissələrini içəriyə doğru qatlayın. Yerdə qalan yumurta, yağ qarışımını üstünə töküb qarışdırın.
- 1 saat soyuducuda saxlayın.
- Soyuducudan çıxartdığınız börəyi doğrayıb, 190 dərəcəd qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Əgər siz də bu reseptdən faydalanaraq “Su börəyi” hazırladınızsa, yeməyin şəklini və təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!
Nuş olsun!
(Visited 2. 078 times, 1 visits today)
Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
Close
Login to write a review