1 0

Hazırlayan:
Ləzzətli kartof kotleti

Ləzzətli kartof kotleti

Cuisine:

Directions

Share

Asan hazırlanan, yumşaq, doyumlu yeni yemək reseptimiz hazırdır. Evdə olan ərzaqlarla axşam yeməyinə hazırlaya biləcəyiniz – Kartof kotleti. Bu yeməyi uşaqlarınızın da sevəcəyinə əminik. Bizim reseptdən faydalanaraq “Kartof kotleti” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

İçlik üçün

2 x/q zeytun yağı

1 ədəd soğan

250 qr qiymə ət

1 ədəd yerkökü

Duz

Qara istiot

Cəfəri

Kartof püresi üçün

1 kq bişmiş kartof

1 ədəd yumurta

1 ç/q duz

1 stəkan un

Üstü üçün

Yumurta

Çörək suxarisi

 

Yeməyin videolu izahı üçün buraya basın.

 

(Visited 5. 811 times, 1 visits today)
Step 1
Mark as Complete

Birinci içliyi hazırlayaq. Soğanı xırda-xırda doğrayırıq. Doğradıqdan sonra yağda biraz qarışdırırıq. Daha sonra buraya qiymə əti əlavə ediririk. Ətin rəngi dəyişdikdən sonra rəndədən keçirilmiş yerkökünü buraya əlavə edib bişirməyə davam edirik. Ən sonda duzu, istiotu və doğranmış cəfərini əlavə edib qarışdırırıq. Sobanı söndürürük.

Step 2
Mark as Complete

Bişmiş kartoflarımızı püre halına gətiririk. Daha sonra buraya duzu, yumurtanı və unu əlavə edib yaxşıca qarışdırırıq.
hazır olan püremizdən kotletlər hazırlamaq üçün sizi yeni bir üsulla tanış etmək istəyirik. Strec plyonkadan biraz kəsirik. Buraya bir qaşıq püremizdən əlavə edirik. Yapışmaması üçün biraz un əlavə edə bilərsiniz. Əlinizlə üstündən sıxaraq dairə formasında açın. Bu dairənin ortasına hazırladığımız içlikdən bir miqdar qoyun. Daha sonra strec plyonkanın hər tərəfini qaldırın və birləşdirin. Püremizi top halına salın. Sonra strec plyonkanı açıb hazırladığınız topun ehtiyatla ortasından basaraq onu kotlet formasına salırıq.
@sufremiz.az instagram səhifəmizdə kotletin hazırlanmasının videolu izahını görə bilərsiniz.

Step 3
Mark as Complete

Hazırladığımız kotletləri birinci yumurtaya sonra isə çörək suxarisinə batırıb yağda qızardırırıq. Kotletleri ehtiyatla çevirməyi unutmayın. Yeməyimiz hazırdır.

Nuş olsun! :)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Tiramisu
next
Əncir mürəbbəsi
  • 5. 811 Views
  • 30 dəq
  • Serves 6
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Tiramisu
next
Əncir mürəbbəsi

Add Your Comment

×