Pendirli, ispanaqlı xaçapuri
Directions
Səhər yeməyi üçün əvəzolunmaz bir resept daha. Bol pendirli olmasına baxmayaraq tərkibində ispanaq da vardır və ispanağın nə qədər xeyirli olduğunu hamımız bilirik. Karbohidrat və içi ekstra pendirli olsa belə, ispanağa görə sağlam qida hesab edə bilərik.
Tərkibi
Xəmiri üçün
1 çay qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
3 stəkan yarım un
1 stəkan ilıq su
1 stəkan yarım süd
1 xörək qaşığı duru yağ
duz
İçi üçün
300 qr ağ pendir (feta olsa üstünlükdür)
100 qr mozerella
1 dəstə ispanaq
3-4 yumurta
Bir böyük qaba un, aktiv maya ( əgər sizdə aktiv maya deyilsə, ilıq süddə və yaxud ilıq suda həll edib elə əlavə edin),şəkər tozu üzərinə də su və südü əlavə edib xəmir halına gətiririk.
Daha sonra pendirləri rəndədən keçiririk. ispanaqları dograyıb qarışdırırıq. İçliyimiz də hazırdı.
Qeyd: İsti bir yerdə xəmirin gəlməsi üçün 1-2 saat saxlamaq şərtdir.
Xəmir bişməyə hazır olduğu halda başlaya bilərik.
Xəmiri yayıb gördüyünüz (qayıq) formaya gətirib içini hazırladığımız içliklə doldururuq. Bişməyinə 5 dəqiqə qalmış isə yumurtaları əlavə edirik və hazırdır.
Nuş olsun!