Lobyalı sup
Directions
Dadlı və nisbətən fərqli sup dadmaq istəyənlər üçün bu resepti hazırladıq. Həqiqətən bəyənəcəyinizə əminlik veririk. Saglam inqrediyentlərlə hazırlandığı üçün əlavə üstünlüyü var.
Tərkibi:
250 qr toyuq döş əti
Zeytun yağı; qızartmaq üçün
1/2 böyük soğan
400 qr ağ və qara lobya
1 çay qaşığı duz
1 çay qaşığı cirə
1 çay qaşığı qırmızı istiot
1 çay qaşığı sarımsaq tozu
3 stəkan isti su
2 yemək qaşığı kərə yağı
2 yemək qaşıq un
1 stəkan süd
Toyuqları kub şəklində doğrayın və toyuq qızıl qəhvəyi rəng alana qədər qazanda bişirin. Toyuq üçün, doğranılmış soğanları da əlavə edin və yumşaldılana qədər bişirin.
Lobya, bütün ədviyyatları və isti suyu əlavə edin. Şorba təxminən 30 dəqiqə qaynadılmalıdır.
Tavada un və kərə yağını qovurun. Qarışım hamarlaşana qədər qarışdırın. Qarışımı şorbaya əlavə edin. Daha sonra süd əlavə edin və birlikdə şorbanı 10 dəqiqəyə qədər bişirin.
Üzərinə rəndələnmiş holland pendiri də əlavə edə bilərsiniz.
NUŞ OLSUN!