Hazırlayan: Vusala Valiyeva 
          
            
        
        
          
                      
              
          
                    
          
            
    
            
            
            
            
              
              
                      
          
                                
              
                
              
                    
        
        
      
Balqabaq şorbası
Cuisine:
Xörəyi süfrəyə verdikdə yanına qabda toz şəkər qoyulur.
Directions
Balqabaq çox zəngin mineral tərkibə malikdir. Tərkibində C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var. Balqabaqdan fərqli yeməklər, içkilər hazırlamaq mümkündür.
Tərkibi
1 kq balqabaq
100 qr düyü
80 qr yağ
2 ədəd baş soğan
Şəkər tozu
Duz
Necə hazırlanır?
- Balqabağı yaxşı yuyub, təmizləyin.
 - Kub şəklində doğrayıb su və ya bulyonda bişirin.
 - Bişmiş balqabaqları kəfkirlə əzin.
 - Daha sonra düyü ilə birlikdə qazana töküb bişirin.
 - Başqa bir tavada soğançanı hazırlayın.
 - Hazır olana yaxın soğançanı balqabaq olan qazana əlavə edin.
 - Ən sonda istəyə uyğun duz əlavə edin.
 
Əgər siz də bu reseptdən faydalanaraq “Balqabaq şorbası” hazırladınızsa, şorbanın şəklini və təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!
Nuş olsun!
(Visited 2. 560 times, 1 visits today)
                          Recipe Reviews
There are no reviews for this recipe yet, use a form below to write your review
              
Close	
	
	
		
	
	
	
				
		
	
	
            Login to write a review
		
				
				
	
      
              

                  
                  




